Cüdoçumuz Hidayət Heydərov “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.
"Unikal" xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı kanadalı Artur Margelidonla üz-üzə gəlib. O, qızıl xal bölümündə rəqibini ipponla məğlub edərək, yarımfinala vəsiqə qazanıb.
Finala gedən yolda H.Heydərovun rəqibi Manuel Lombardo (İtaliya) - Akil Qyakova (Kosovo) cütünün qalibi olacaq.
***14:01
Azərbaycan cüdoçusu Hidayət Heydərov Paris Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.
“Unikal" xəbər verir ki, o, 1/8 finalda israilli Tohar Butbulla üz-üzə gəlib.
İdmançı rəqibini məğlub edərək 1/4 finala adlayıb.
***12:36
Bu gün “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq Azərbaycan cüdoçusu Hidayət Heydərovun rəqibi bəlli olub.
"Unikal" xəbər verir ki, 73 kiloqramda çıxış edən idmançı 1/8 finalda israilli Tohar Bitbulla qarşılaşacaq.
T.Bitbul təsnifat mərhələsində əlcəzairli Reduan Masud Drisə ipponla qalib gəlib.
Xatırladaq ki, Paris olimpiadasına avqustun 11-də yekun vurulacaq.