Hacıbala Abutalıbov hara baxır?
15:25 01-02-2014
İQTİSADİYYAT
Hacıbala Abutalıbov hara baxır?
Binaların sökülməsi: məsuliyyətsizlik, yoxsa bacarıqsızlıq?
Bir çox ölkələrdə binalar elə sökülür ki, bunu heç ətrafda olan insanlar belə hiss etmirlər. Bizdə isə…
Yaxşısı budur, bir neçə gün əvvəlki hadisənin üzərinə qayıdaq. Heydər Əliyev prospektində binanın sökülməsi zamanı 2 nəfərin ölməsilə yaranan faciəvi hadisə, bu prosesin beynəlxalq standartlara riayət olunmadan aparıldığını göstərir. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, bir çox ölkələrdə binalar elə sökülür ki, bunu heç ətrafda olan insanlar belə hiss etmirlər.
Qeyd edək ki, ekskavatorlar vəsitəsilə binaların sökülməsi ən primitiv üsuldur. Bu halda daha çox fəsadlar ola bilər. Ümumiyyətlə, ən böyük problem təhlükəsizlik qaydalarına riayət olunmamasıdır. Məsələn "Qış parkı"nın salınması zamanı sökülən binaların üzərinə qaldırılan ekskavator da aşmışdı. Bu zaman da fəhlə dünyasını dəyişmişdi.
Ekspertlər hesab edirlər ki, ümumiyyətlə şəhərin mərkəzində, əhalinin sıx məskunlaşdığı ərazilərdə binaların sökülməsini həyata keçirmək düzgün deyil. Əgər zərurət yaransa belə, bunu bütün təhlükəsizlik qaydalarına riayət etməklə həyata keçirmək lazımdır.
Həmçinin şəhərin sıx yerlərində belə söküntü işləri aparılanda heç olmasa, binanın hər tərəfindən 1 metrə yaxın sahəni təhlükəsizlik baxımından bağlamaq lazımdır. Qeyd edək ki, söküntünü aparan Qamət Əliyev adlı fiziki şəxsdir. Hadisə ilə bağlı baş prokurorluq tərəfindən cinayət işi açilsa da, hələ ki, Qamət Əliyev azadlıqdadır. Ortada isə təkcə uçan binanın qalıqları yox, Cavid Bayramlı ilə Asiman Ələkbərovun timsalında dağılan iki ailənin ümidləri var.
Bir məqamı da qeyd edək. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov paytaxtın gözəlləşməsindən, müasirləşməsindən danışmağı çox sevir. Etiraz etmirik: Bakı ötən illər ərzində əhəmiyyətli şəkildə dəyişib.
Amma əvəzində istər paytaxtdakı tikintilər, istərsə də söküntülər vətəndaşlar üçün əməlli-başlı başağrısına çevrilib. Yüzlərlə insan kompensasiya dərdindədir. Küçələrdə toz və üfunət əlindən tərpənmək çətinləşib. Göydələnlərin necə gəldi inşası həm Bakının özünə məxsus havasını korlayır, həm də kənardan görünüşünü. Tikinti kimi söküntülər də necə gəldi aparılır və bu, ailələr üçün faciəli hadisələrlə yekunlaşır.
Bəs görəsən Bakının abadlaşması, müasirləşməsi haqqında alovlu danışmağı sevən paytaxtın icra başçısı Hacıbala müəllim bu neqativliklər haqqında niyə susur. Belə halların aradan qaldırılması üçün niyə çalışqanlıq nümayiş etdirmir.
Yaxşı olar ki,paytaxt rəhbərliyi artıq çoxları üçün düşündürücü olan bu suallara cavab vermək barədə də düşünsün.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17