Eldar Namazovdan siyasətçi olar, ya olmaz?
14:15 28-02-2014
CƏMİYYƏT
Eldar Namazovdan siyasətçi olar, ya olmaz?
Və yaxud onda siyasətçiyə xas cəhətlər varmı?
ADP sədri Sərdar Cəlaloğlu "El" Hərəkatı barədə danışarkən bildirib ki, "El" Hərəkatı yoxdur və bu Eldar Namazovun blefidir: "Eldar Namazovun təşkilatçılıq qabiliyyəti yoxdur. Eldar Namazovdan yaxşı politoloq çıxar, siyasətçi çıxmaz. Eldar Namazovda siyasətçi üçün xarakterik olan heç bir cəhət yoxdur. "El" Hərəkatında da 30-40 nəfər adam var, qrup maraqlarına görə bir yerdədirlər. Qrup maraqları da toqquşanda ayrılacaqlar".
EL hərəkatının sədri Eldar Namazov isə sualın hansı qəzet tərəfindən ona ünvanlandığını bilərkən xeyli güldü və "Unikal"a bildirdi: "Sərdar bəyin fikri də unikaldır, Sizin bu barədə mənə ünvanladığınız sual da. Lakin mən unikal görünməyə çalışmayacağam. Onu qeyd edim ki, indiki Azərbaycan siyasətində təmsil edilən şəxsiyyətlər (hansı ki mən onların hər birinə dərin hörmətlə yanaşıram) siyasətlə məşğul olmaqdan daha çox hadisələri və şəxsiyyətləri qiymətləndirməklə məşğuldurlar. Və mənim bildiyimə görə, elə Sərdar bəyin də yaxşı bildiyinə görə, siyasətçinin işi bu deyil. Bununla belə, mən ADP sədrinin mənim barəmdə söylədiklərinə hörmətlə yanaşıram və nəzərinizə çatdırım ki, mən onun bildiyi siyasətlə məşğul olmuram. Bu mənada Sərdar bəy tam şəkildə haqlıdır".
Eldar Namazovun dediyinə görə, "Təəssüf ki, bizdə ittihamlar siyasətçiləri yetişib, reallığı dəyişdirmək istəyən siyasətçilər isə yox dərəcəsindədir. Azərbaycan müxalifətinin bu günki əsas problemlərindən biri, bəlkə də, birincisi elə budur".
Eldar Namazov ADP sədrinin EL hərəkatı ilə bağlı fikirlərinə toxunarkən dedi ki, "EL hərəkatı siyasi səhnəyə yenicə çıxıb və ümumən siyasi proseslərdəki mövqeyinə görə həmişə orta xətti tutmağa çalışıb. EL hərəkatı gənc təşkilat olmasına baxmayaraq, kifayət qədər intellektual səviyyəsi olan siyasətçiləri öz sırasına cəlb etməyi bacarıb. Bu təşkilatın yaşı çox az olsa da, yaşı onilliklərlə ölçülən siyasi qurumlar qədər ictimai-siyasi proseslərdə yerini müəyyən edə bilib".
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan "Unikal"a açıqlamasında bildirdi ki, "Azərbaycan siyasətçilərinin bu gün də ən ciddi müşküllərindən biri problemləri şəxsiləşdirmək cəhdidir. Zənnimcə, ölkənin problemlərini həll etmək istiqamətində hansısa niyyətlərimiz varsa, bu problemlərin həll yollarını axtarmalıyıq".
Partiya sədri bildirdi ki, "Milli Şura təkcə cəmiyyətin deyil, ümumən müxalifətin də ümidlərini doğruldan birlik forması kimi meydana çıxmasa da, onun formalaşmasında EL hərəkatının da əməyi olub. Bunu danmaq olmaz. Zənnimcə, Ukraynada gedən proseslərdən və müxalifətin orada nümayiş etdirdiyi səmimi birlikdən bizim müxalifət liderləri çox şey öyrənə bilər. Hazırda bizim müxalifətin ən ciddi problemi qarşıdan gələn parlament seçkilərinə hazırlaşmaq olmalıdır. Mənə elə gəlir ki, bu seçkilər Azərbaycanın taleyində çox şeyi həll edəcək. Bütün gücümüzü və imkanlarımızı birləşdirib bu seçkilərdə real nəticələr əldə etməyə çalışmalıyıq. Buna görə də hesab edirəm ki, hətta bundan sonra müxalifətdaxili didişmələrə, qarşılıqlı ittihamlara moratorium qoymalıyıq. Cəmiyyətin bizdən gözlədiyi bu deyil".
Məzahir Avşar
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33