Dağlıq Qarabağda atəşkəs nədən pozulur?
10:42 01-04-2014
İQTİSADİYYAT
Dağlıq Qarabağda atəşkəs nədən pozulur?
Rusiya ikinci cəbhə açmağa risk etməyəcək
Son günlər ermənilərin cəbhəboyu, o cümlədən əsasən Tovuz istiqamətindən atəşkəsi pozmaları deyəsən heç də təsadüfi deyil. Belə ki, bütün olaylar məhz Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü tanıdığını bəyan etməsindən sonra baş verdi. Xatırladaq ki, BMT-də ki, səsvermələrdə Azərbaycandan fərqli olaraq Ermənistan Rusiyanın mövqeyini dəstəkləyən xətt tutdu və onda artıq analitiklər hesab etdi ki, Krım olayları hansısa formada Dağlıq Qarabağda öz təsirini göstərəcək. Həqiqətən də Krım məsələsi Rusiya üçün çox vacib məsələdir və buna görə qonşu ölkələrə hansısa formada təzyiqlər etdirməklə niyyətinə çatmaq istəyir.
Bu baxımdan Dağlıq Qarabağ kartından da istifadə olunacaq. Bəs maraqlıdır, Krm olayları Dağlıq Qarabağda da təkrarlana bilərmi? Məsələyə fərqli yanaşmalar var. İlk növbədə bildirilir ki, Krım məsələsinin sabahı hələ şübhə altındadır və Rusiya hər tərəfdən təzyiqlərə məruz qalıb. Belə bir məqamda Rusiyanın Dağlıq Qarabağda ikinci cəbhə açması o qədər də inandırıcı deyil. Çünki bununla özünü təcrid siyasəti həyata keçirtmiş olar. Amma Dağlıq Qarabağda lokal münaqişələrin yaradılmasında maraqlı olacaq. İlk növbədə ona görə ki, bu yolla Azərbaycana ən azından Gömrük İttifaqına qoşulmaq üçün təzyiq etmiş olacaq. Digər tərəfdən isə dünyaya göstərmiş olacaq ki, əlini çəkərsə istənilən an Dağlıq Qarabağ savaşı yenidən alovlana bilər. Bu isə o, deməkdir ki bu dəfə Ermənistanla Rusiya müttəfiqliyi, Azərbaycanla Türkiyə müttəfiqliyinə qarşı savaşa başlayacaq. Amma ekspertlər həm də hesab edirlər ki, Rusiya Azərbaycana tamam başqa səbəblərə görədə təzyiqlərini artıracaq. Belə ki, bu gün Rusiya qərbi enerji resursları ilə sıxır və qaz problemini süni şəkildə artırmaqla qərbi çıxılmaz duruma salır. Buna görə ABŞ prezidenti bir neçə gün öncə Səüdiyyə Ərəbistanına gedərək alternativ imkanları müzakirə etdilər. Hazırda real olan isə budur ki, qərbin enerji təhlükəsizliyində aparıcı rol Azərbaycanın üzərindədir. Qeyd edək ki, bir neçə il öncə Rusiya Gürcüstanıda enerji böhranı ilə üz-üzə qoyub çıxılmaz hala salmışdı. Amma son anda Azərbaycan hərəkətə keçdi və Gürcüstan üzləşdiyi acınacaqlı vəziyyətdən çıxdı. Buna görə də Rusiya indidən Azərbaycana təzyiqlərini artırmaqla gələcəkdə Avropaya göstərəcəyi sıxıntıların qarşısını almaq üçün Azərbaycanın hərəkətə keçməməsini təmin etsin. Maraqlıdır, bəs Azərbaycanın Ukrayna ilə bağlı tutuduğu mövqe nə qədər maraqlarımıza cavab verir? Öncəliklə qeyd edək ki, Azərbaycanın tutduğu bu mövqeni ölkədəki ən radikal müxalifət qüvvələri də dəstəklədilər. Bu isə göstərdi ki, hakimiyyətin siyasətinə cəmiyyətin heç bir təbəqəsində narazılıq yoxdur. Digər tərəfdən Azərbaycan hakimiyyəti belə bir mövqe seçməklə qərbyönlü siyasət həyata keçirəcəyini nümayiş etdirdi. Ən nəhayətində Krımın müstəqilliyini tanımaqla Dağlıq Qarabağın gələcəyini alt-üst etmiş olardı. Bütün bu səbəblər isə sübutlayır ki, Azərbaycan hakimiyyətini ağır sınaqlar gözləsədə doğru seçim edib. Görünür bu seçim Rusiyanı o qədər qıcıqlandırıb ki, hazırda Rusiyada Dağlıq Qarabağla bağlı ciddi diskusiyalara start verilib və iddia olunur ki, Dağlıq Qarabağda da referendum keçirilməlidir və Dağlıq Qarabağ Rusiyaya birləşdirilməlidir. Amma analitiklər hesab edir ki, bu mümkün variant deyil. Ümumiyyətlə bu gün Rusiya Krımı əldə etməklə öz bütövlüyünüdə təhlükə qarşısına atıb və buna görə növbəti referenduma getməyəcək.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53