Ukrayna ordusu növbəti itkilərini verdi
Rusiya qoşunları sərhəddən niyə çəkdi?
Ukraynada vəziyyət yenidən gərginləşib. Separatçılar Luqansk vilayətinin Kaştanovoe, Nijneye, Zolotoye, Xoroşey, Smekoye yaşayış məntəqələrində Ukrayna ordusunun blokpostlarına hücüm edib. unian.net saytının verdiyi məlumata görə, "Şimal" operativ komandanlığının mətbuat mərkəzindən bildirilib.
Separatçılar həmçinin gün ərzində Ukrayna Milli Qvardiyasının blokpostlarına bir neçə dəfə hücum təşkil edib. Ümumilikdə separatçılar və Rusiya Federasiyası hərbçilərinin atəşkəs rejimini təxminən 40 dəfə pozduğu bildirilir.
Döyüşlərdə Ukraynanın bir hərbi qulluqçusu həlak olub, 5-i isə yaralanıb. "Silah və texnika itkisinin miqdarı dəqiqləşdirilir. Bir "T-64" tankı və bir "URAL 4320" yük avtomobilinin itkisi dəqiqdir", - deyə mətbuat mərkəzindən xəbər verilib.
"Rusiya qoşunlarının Ukrayna sərhədindən daimi dislokasiya yerinə çəkilməsini kiməsə, o cümlədən Vaşinqtona, ünvanlanmış mesaj kimi yozmaq lazım deyil". Bunu Amerikanın CNBC kanalına müsahibəsində Rusiyanın baş naziri Dmitri Medvedev deyib.
Medvedev deyib ki, Ukrayna sərhəddindəki qoşunların geri çəkilməsinin bu ölkədəki vəziyyətlə ilə heç bir bağlılığı yoxdu. "Baxmayar ki, oradakı vəziyyət bizi narahat edir Amma qoşunların çəkilməsi Rusiya Federasiyası prezidentinin səlahiyyətində olan məsələdi", - Medvedev vurğulayıb.
Qeyd edək ki, Vladimir Putin müdafiə naziri Sergey Şoyquya Rostov vilayətində yay tılimdə olan 17,6 minlik qoşunun dislokasiya yerinə qaytarılması haqqında əmr verib.
Rusiya Mariupolun mühasirəsi üçün
əməliyyata başladı
Bu arada məlum olub ki, Rusiya Federasiyasının hərbçiləri Mariupol şəhəri ətrafındakı bataqlığı qurutmaq niyyətindədir. unian.net saytının verdiyi məlumata görə, bu barədə Ukraynanın "112 Ukrayna" telekanalının efirində "Şaxtyorsk" batalyonunun komandiri Andrey Filonenko bildirib.
Onun sözlərinə görə, bataqlığın qurudulmasında məqsəd minalanmış sahələri keçmək və Mariupol şəhəri ətrafında qurulan müdafiəni yarmaqdır. "Çünki Mariupol ətrafında müdafiənin üç xətti tikilib. Bataqlıqdan kənar bütün yollar isə minalanıb", deyə batalyon komandiri vurğulayıb. Onun sözlərinə görə, Mariupol ətrafında yerləşən Rusiya qoşunları şəhəri mühasirəyə almaq niyyətindədir.
Xatırladaq ki, avqustun sonlarında Donbas separatçıları Rusiyadan böyük hərbi dəstək alaraq Donetsk vilayətinin Novoazovsk şəhərini ələ keçirib və Mariupola yaxınlaşıb. Mariupol isə Azov dənizi sahilindəki, eyni zamanda Krım yarımadasına gedən quru dəhlizi üzərində strateji məntəqə hesab olunur.
Hərbi və siyasi analitiklər isə Rusiyanaın mart ayında özünə birləşdirdiyi Krıma qrupu dəhlizi açmaq üçün hazırlaşdığını iddia edir.
Məsələn, sonuncu dəfə "Baltic Business Forum"da Polşa ordusunun istefada olan generalı, müdafiə nazirinin keçmiş müavini Valdemar Skşopçak bu barədə danışıb. Onun sözlərinə görə, Rusiya qoşunları qış aylarında Krım yarımadasına dəhlizi açmağa cəhd edə bilər. "Minlərlə rus əsgəri öləcək. Bu isə Putin üçün problem yaradacaq. Çünki ölən əsgərlərin anaları övladlarının niyə öldüyünü soruşacaqlar? Putinin və ya Rusiyanın ambisiyaları üçünmü?", - deyə Skşopçak bildirib.
Generalın fikrincə, Qərb dövlətlərinin siyasi təzyiqi və Ukrayna ordusunun müdafiə qabiliyyətinin gücləndirilməsi sayəsində Putin Krıma dəhliz açmaq fikrindən imtina edə bilər.
Ukraynada 4500-dən çox Rusiya
hərbçisi həlak olub
Ukrayna Təhlükəsizlik Xidməti Rusiya Federasiyasının 131 hərbçinin itməsi barədə müraciət alıb. "RBK-Ukrayna" xəbər agentliyinin verdiyi məlumata görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin məsləhətçisi Markiyan Lubkivski bildirib.
Onun sözlərinə görə, rusiyalı hərbçilərin qohumları onların Ukraynanın şərqinə göndərildiyini güman edirlər. Markiyan Lubkivski Təhlükəsizlik Xidmətində Rusiya Federasiyası vətəndaşları üçün "qaynar xətt"in açılmasından sonra Rusiya hərbi qulluqçuların ailələrindən çoxsaylı müraciətlər aldığını deyib.
Bir neçə gün bundan əvvəl isə Ukraynanın "1+1" telekanalının "Cəsur ürəklər" layihəsində rusiyalı hüquq müdafiəçisi Yelena Vasilyeva şok bir iddia ilə çıxış edib. Onun sözlərinə görə, Ukraynada 4500-dən çox Rusiya hərbçisi həlak olub.
Rusiyalı hüquq müdafiəçisi bildirib ki, Rusiya hakimiyyəti ölən hərbçilərin təlimlərdə olduğunu bildirərək hərbçilərin valideynlərini aldadır. O, qeyd edib ki, Ukrayna ərazisində rus hərbçilərin ölüm səbəbləri insult, travma, infarkt və intihar göstərilir: "Rusiyalı əsgərləri "ətçəkən maşına"a göndərdilər. Ukraynada döyüşən əsgərlərin analarına deyirlər ki, onların oğulları hərbi təlimlərdədir. Mən əsgər analarının çoxları ilə yazışıram. Onları inandırırlar ki, heç bir müharibə yoxdur. Onlara qara kağız veriləndə isə deyirlər ki, oğullarının ölüm səbəbi insult, travma, infarkt, intihar və sairduir. Rusiyanın 4500 əsgərinin həlak olduğu artıq məlumdur. Onlardan təxminən 300-ü dəfn edilib. Yəni, onların cəsədləri valideynlərinə çatdırılıb".
Kənan Rzaquliyev
Digər Xəbərlər
2025-03-04 00:59:37

2025-03-04 00:40:03

2025-03-04 00:21:17

2025-03-04 00:17:44

2025-03-03 23:51:15

2025-03-03 23:20:26

2025-03-03 23:09:58

2025-03-03 22:40:10

2025-03-03 22:28:51

2025-03-03 22:16:33

2025-03-03 21:37:42

2025-03-03 20:54:58

2025-03-03 20:43:31

2025-03-03 20:35:22

2025-03-03 20:15:39

2025-03-03 19:54:54

2025-03-03 18:56:01

2025-03-03 17:26:24

2025-03-03 17:14:20

2025-03-03 16:03:05
