Bilik Fondu könüllüləri mükafatlandırdı
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda Birinci Avropa Oyunlarında fəal iştirak edən könüllülərlə görüş keçirilb. Görüşdə Fondun əməkdaşları, Könüllülər Birliyinin üzvləri iştirak ediblər.
Fondun İnformasiya təminatı sektorundan verilən xəbərə görə, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov ölkəmizdə böyük uğurla keçirilmiş Birinci Avropa Oyunlarının əsl idman bayramına çevrilməsi ilə yanaşı, Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, ümumilikdə isə azərbaycançılığın təbliğində önəmli rol oynadığını deyib. İcraçı direktor Avropa Oyunlarını böyük tarixi hadisə kimi dəyərləndirən prezident İlham Əliyevin könüllülərin bu möhtəşəm tədbirlərdə fəal iştirakını yüksək qiymətləndirdiyini xatırladıb. "Prezident İlham Əliyev siz gənclərin bizim üçün qürur mənbəyi olduğunuzu, gecə-gündüz peşəkarlıqla, böyük mədəniyyət göstərərək Azərbaycan xalqına xas qonaqpərvərliyi nümayiş etdirərək çalışdığınızı deyib. Doğurdan da könüllülər Avropa Oyunlarının davam etdiyi 17 gün ərzində ölkəmizin nə qədər böyük potensiala və gücə malik olduğunu göstərdilər".
Mərasimin təşkilinə əksəriyyəti azərbaycanlılardan ibarət 1600-dan çox könüllünün qatıldığını xatırladan O.Səmədov Bilik Fondunun könüllülərinin də bu möhtəşəm idman bayramında yaxından iştirakının qürurverici olduğunu dilə gətirib.
Sonra könüllülər Avropa Oyunlarına hazırlıq məşqlərindən və fəaliyyətlərindən, gördükləri işlərdən danışıblar, maraqlı xatirələrini bölüşüblər. Gənclər Azərbaycan üçün böyük tarixi əhəmiyyət daşıyan beynəlxalq səviyyəli tədbirdə iştirakdan məmnun olduqlarını bildiriblər. Avropa Oyunlarının onların həyat və iş təcrübəsində böyük rol oynayacağını deyən könüllülər xarici idmançıların və turistlərin vətənimizdən heyranlıqla danışmalarını qürurla izlədiklərini də vurğulayıblar.
Sonda Bilik Fondunun Könüllülər Birliyinin Avropa Oyunlarına qatılan fəal üzvlərinə Təşəkkürnamələr və hədiyyələr təqdim olunub.
Digər Xəbərlər
2025-03-04 00:59:37

2025-03-04 00:40:03

2025-03-04 00:21:17

2025-03-04 00:17:44

2025-03-03 23:51:15

2025-03-03 23:20:26

2025-03-03 23:09:58

2025-03-03 22:40:10

2025-03-03 22:28:51

2025-03-03 22:16:33

2025-03-03 21:37:42

2025-03-03 20:54:58

2025-03-03 20:43:31

2025-03-03 20:35:22

2025-03-03 20:15:39

2025-03-03 19:54:54

2025-03-03 18:56:01

2025-03-03 17:26:24

2025-03-03 17:14:20

2025-03-03 16:03:05
