AÇ-2016-nın 1/4 mərhələsi çərçivəsində baş tutan Fransa - İslandiya matçında komandasının 4-cü qoluna imza atan Antuan Qrizman tarixə düşüb.
Unikal.org apasport.az-a istinadən xəbər verir ki, fransız hücumçu vətənində keçirilən birinciliyin final mərhələsinin 100-cü qolunu vurub.
Bu qol həm də "Atletiko"nun hücumçusunu mərhələnin vahid bombardirinə çevirib. Belə ki, 1/4 final qarşılaşmasına qədər aktivində 3 qol olan hücumçu ispan Alvaro Morata və uelsli Qaret Beyl ilə şərikli lider idi. Artıq rəqiblərindən uzaqlaşan Qrizman hələlik vahid liderdi.