Hər hansı ölkənin milli futbol komandasının beynəlxalq yarışda uğursuzluğu azarkeşləri məyus etməklə yanaşı, dövlətin nüfuzuna da xələl gətirir. Düzdür, bizdə hamı hirsini futbolçulara və baş məşqçiyə tökür, tənqid etməklə təsəlli tapır. Ancaq bəzi ölkələrdə uğursuzluğun axırı heç də yaxı sonluqla bitmir...
KXDR
Koreya Xalq Demokratik Respublikasının 2010-cu ildə CAR-da keçirilən dünya çempionatında uğursuz çıxışı baş məşqçiyə baha başa gəldi. Ölkə rəhbəri Kim Çen İnin şəxsi əmriylə komandanın çalışdırıcısı Kim Con Xun həbs düşərgəsinə göndərildi. Orada sutkanın 14 saatını fiziki ağır işlərə sərf edən baş məşqçi bütün məsuliyyəti üzərinə götürmüşdü. Kim Çen İn KXDR millisinin mundialda Portuqaliyaya 0:7 hesablı məğlubiyyətini cinayət adlandırmışdı. Xun da məsuliyyəti üzərinə götürməklə futbolçuları güllələnməkdən xilas etmişdi.
Xatırladaq ki, DÇ-66-da 1/4 finala yüksələn Şimali Koreya millisi yarımfinala çıxa bilmədiyi üçün bir hücumçudan başqa bütün futbolçular həbs olunmuşdu.