Rio-de-Janeyroda Olimpiadanı işıqlandıran jurnalistləri daşıyan avtobus atəşə tutulub.

Unikal.org-un "Röytersə istinadən verdiyi xəbərə görə, insident avtobusun basketbol yarışlarının keçirildiyi məkana doğru hərəkət etdiyi zaman baş verib.

Atəş nəticəsində avtobusun şüşələri qırılıb, iki nəfər yüngül xəsarət alıb. Braziliya polisi insidentlə bağlı hələlik heç bir şərh verməyib.