Dibçəkdə narkotik tərkibli bitki yetişdirən Şirvan şəhər sakini tutulub.

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, Məhəmməd Əsədov küçəsi 77a ünvanının sakini 51 yaşlı Əli Quliyev Şirvan Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Keçirilən əməliyyat tədbirləri çərçivəsində Əli Quliyevin yaşadığı fərdi yaşayış evinin həyətindəki hovuzun içərisində saxladığı dibçəklərdə çətənə kolları yetişdirdiyi məlum olub.

Çətənə kollarının yabanı halda deyil, aqrotexniki qaydada qulluq edilməklə yetişdirildiyi müəyyənləşib. Neftçala rayon sakinindən də külli miqdarda narkotik aşkarlanıb.

Belə ki, Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala rayon sakini Samir Quliyevdən 1 kiloqram 5 qram heroin götürülüb.

Faktla bağlı araşdırma aparılır.