Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən İsmayıl Lətifov və Surxay Kazımovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmü ilə İ.Lətifov 12 il, S.Kaxımov isə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hər iki şəxs şəhər sakinlərinə qarşı quldurluq edib. Hər iki şəxs polis tərəfindən saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 181-ci( quldurluq) maddəsi ilə ittiham verilib.