Fransanın Nitsa şəhərində rüsvayçı olay yaşanıb. Şəhər çimərliyində uşaqları ilə birlikdə istirahət edən müsəlman qadına yaxınlaşan polis əməkdaşları onu zorla soyundurublar.
Unikal.org xəbər verir ki, Milli.Az Le Monde-a istinadən bildirir ki, silahlı polislər qadını əynindəki "burkini"ni çıxarmağa məcbur ediblər. Burkini mömin müsəlman qadınların çimərlik paltarı bədəni örtən geyimdir. Üstəlik, müsəlman qadın "ictimai asayişi pozduğuna görə" 38 avro məbləğində cərimələnib.
Hadisənin şahidi, France 4 telekanalının məşhur jurnalisti Matilda Kuzin də hiddətlənib: "Bu polislərin qadına yaxınlaşdıqlarını, onu zorla soyundurduqlarını gördüm. Onlardan birinin əlində gözyaşardıcı qaz bombası vardı. Fransız olduğum üçün, Fransa vətəndaşı olduğum üçün utandım o anlarda. Qadın qızı ilə oturmuşdu və polislərin bu tərbiyəsizliyindən sonra hönkür-hönkür ağladı".