Türkiyə parlamentinin ana müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun olduğu konvoya silahlı hücum edilib.
Unikal.org sozcu.com.tr-yə istinadən xəbər verir ki, Artvin şəhərinin Şavşat qəsəbəsinə gedən partiya sədrinin konvoyu Ardanuç qəsəbəsində xüsusi təyinatlı polislər tərəfindən təhlükəsizliyə görə dayandırılıb. Yol kənarında barrikadalar görüldüyü üçün polislər terror şübhəsi ilə barrikadalara atəş açıb.
Qarşı tərəfdən də polisə cavab atəşi açılıb. Hazırda atışma davam edir. CHP liderinin vəziyyəti yaxşıdır.