KXDR lideri Kim Çen In sualtı qayıqların ballistik raketlərinin sınağı zamanı "ölkənin ABŞ-ın ərazisini və Sakit okeanda operativ əməliyyatlar zonasını nəzarət altında saxladığını" bəyan edib, bu barədə Koreyanın Mərkəzi teleqraf agentliyi məlumat yayıb.
Unikal.org oxu.az-a istinadən bildirir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Kim Çen In qeyd edib ki, "buraxılış texnologiyası mükəmməl vəziyyətə çatdırılıb". Şimali Koreyanın rəhbəri həmçinin buraxılış sistemlərinin, bərk yanacaqla işləyən mühərriklərin gücü, nişanalma sistemlərinin etibarlılığı və başlıqların dəfetmə dəqiqliyi "tələb olunan operativ səviyyədədir".
Bu ərəfədə KXDR ballistik raketin növbəti sınağını keçirib, raket 500 km məsafə qət edərək 80 km dərinliyə daxil olub.
Pxenyan bəyan edib ki, uçuş məsafəsi buraxılışın yüksək bucağı sayəsində korrektə edilmişdi, bu qonşu ölkələrə zərər verməmək məqsədi ilə edilmişdi.