Türkiyədə dəhşətli qətl hadisəsi törədilib.

Unikal.org qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, Antaliyada yaşayan Özgecan Aslan həyat yoldaşı Bekir Arslan ilə mübahisə edib. Bundan sonra o 2 yaşlı qızını da götürərək Adanada yaşayan bacısı Özləm Hükümün yanına gedib.

Özgecanın 2003-ci ildə işlədiyi cinayətdən Antaliyada həbsxanada olan böyük qardaşı Doğukan Hüküm də elə həmin ərəfədə azad olunub.

Bacısı ilə yeznəsinin ayrıldığını eşidən qardaş Doğukan Hüküm onları barışdırmaq niyyətinə düşüb. Antaliyada işləyən Bekir Aslan xanımının qardaşının aldığı biletlə təyyarəyə minib Adanaya gəlib. Burada Özgecan Arslan, Bəkir Aslan, Doğukan Hüküm və Özlem Hüküm danışarkən mübahisə yaranıb. Mübahisənin böyüməsi ilə Özgecanın böyük qardaşı Doğukan Hüküm əsəbiləşib. Bundan sonra o, üzərində daşıdığı silahını çıxarıb bacısı Özgecan və Bəkir Aslana bir neçə dəfə atəş açıb. Cütlük hadisə yerində dünyasını dəyişib. Böyük qardaş isə həbs olunub.

Hakim qarşısına çıxan qardaş sbelə deyib:

"Bacımla yoldaşını barışdırmaq üçün bir araya gətirdim. Aranızda nə problem varsa izah edin"dedim. Bəkir dedi ki, "Mən yoldaşımı sevirəm ayrılmaq istəmirəm". 

Bacım isə narkotik vasitələrdən istifadə edən və başqa qadınlarla birlikdə olan adamla barışmaq istəmədiyini söylədi. Bəkir də bacıma - "Sən də o qadınlardan biri deyilsənmi? Evlənmədən əvvəl məndən hamilə qalıb, abort etdirmədinmi? dedi. Bundan sonra bacım üzünü mənə tutaraq danışdı ki, "Qardaş o məni aldatdı. Narkotik mühitlərinə, başqa kişilərlə, başqa mühitlərə saldı".

Bəkir isə bacımın Emrullah adlı bir nəfərlə görüşdüyünü söylədi. Bu sözləri eşitdikdən sonda özümü itirdim. Üzərimdə daşıdığım tapançayla hər ikisinə atəş açdım.

Məhkəmə prokuroru ilk iclasda qərarını açıqlayıb. Prokuror Doğukan Hükümü bacısı və yeznəsini öldürməkdə günahlandıraraq 2 dəfə ağırlaşdırılmış ömürlük həbs cəzası verib. Məhkəmə heyəti, qərar üçün məhkəməni təxirə salıb.

Aygün