Virgin adalarında istirahət edən ingilis milyarder Riard Branson velosiped sürərkən qəza keçirib.

Unikal.org axsam.az xarici KİV-ə istinadən xəbər verir ki, 65 yaşlı milayderin başı yerə deyib və çənəsi qırılıb.

Branson qəza anında öləcəyini düşünüb:

"Sürətlə aşağıya doğru enirdim. Bir anda velosipedə nəzarəti itirdim və yıxıldım. O an bütün həyatım gözümün önündən keçdi. Hələ də yaşadığıma və iflic keçirmədiyimə inana bilmirəm.

Milyarder sosial mediada fotolarını paylaşaraq hazırda özünü yaxşı hiss etdiyini bildirib.

Qeyd edək ki, Riçard Bransonun 4 milyard avro sərvəti var.