Yeni Zelandiyada atası ilə ova gedən 8 yaşlı qız maral ürəyini gəmirib.
Unikal.org Publika.az-a istinadən xəbər verir ki, 8 yaşlı qız maralı özü gülləyib. O, silahdan istifadə etməyi atasından öyrəndiyini və maral ürəyinin kifayət qədər dadlı olduğunu deyib: "Bu, həqiqətən əla idi, çünki atamla ova getməyi sevirəm və biz ailəmiz üçün ət ala bilirik".
Conni Yuile isə qızının ilk dəfədir ki, maralı öldürdüyünü və onunla fəxr etdiyini söyləyib. Lakin yaralı heyvan öldükdən sonra onun qızı və maralla çəkdirdiyi foto sosial mediada qəzəb doğurub. Xüsusi ilə də səkkiz yaşlı qızın maralın ürəyini çiy şəkildə gəmirməsi hiddətə səbəb olub.
Qeyd edək ki, maralın ürəyini çiy halda yenək ovçuların qəribə rituallarından biridir.