Xəbər verdiyimiz kimi, əməkdar artist Aygün Bəylərin üç il əvvəl itkin düşmüş əmisi nəvəsi Elnur Hümmətovun öldürüldüyü məlum olub. Onun nəşinin qalıqları aşkar edilib. Cinayətlə bağlı müğənninin qardaşı Abbas Hümbətov də daxil olmaqla 5 nəfər həbs edilib.
Unikal.org Region TV-yə istinadən xəbər verir ki, saxlanılan şəxslərdən biri Ramil Əsirov ifadəsində bunları deyib: "Suraxanıdan keçirdik, gördük ki, o da yoldadır, bizim maşına oturdu, getdik Qalaya. Bir gün qaldıq, səhərisi söhbət elədik. Elvinlə söhbət edəndə mən ayaqyoluna keçdim. Elvinə müqavimət göstərdi, Elvin onu yerə yıxdı, boynundan tutdu, mən də ayaqlarından tutdum. Fuad dedi ki, get balış götür. Mən balış götürməyə gedəndə Elmir bayıra çıxmışdı, yox idi, qorxmuşdu. Mən çatanda uje boğulmuşdu, ölmüşdü. Skoçla bağladıq, atdıq dərəyə, üstünə beton tökdük".
Əməkdar artistin qardaşı Abbas Hümbətov bildirib ki, o gələndə artıq Elnur Hümmətov öldürülmüşdü: "Mən səhər gəldim, məni dükana göndərdilər ki, skoç alım. Qayıdanda yolda Elmiri gördüm, götürüb evə apardım. Gəldim bağa, gördüm ki, öldürüblər, mən də evə getdim. Axşam Ramil zəng vurdu ki, gəl, apar bizi evə. Bir az qum qalmışdı həyətdə, onu da yaydıq həyətə. Ramili götürüb getdim".
Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə birgə baxış keçirilib və Elnur Hümbətovun meyitinin qalıqları basdırıldığı yerdən ekskumasiya olunaraq Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə göndərilib.
Qeyd edilən fakta bağlı Suraxanı Rayon Prokuroroluğunda cinayət işi başlanılıb və iş digər istintaq hərəkətlərinin davam etdirilməsi üçün Bakı Şəhər Prokurorluğuna göndərilib.