Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriya ərzisində qansunsuz silahlı birləşmənin tərkibində iştirak etməkdə təqsirləndirilən Zöhrab Məmmədovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
Unikal.org xəbər verir ki, bu barədə "Report"a Z.Məmmədovun vəkili Adəm Məmmədov məlumat verib.
Vəkilin sözlərinə görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. A.Məmmədov bildirib ki, daha sonra hüquqlarını müdafiə etdiyi şəxs ifadə verib: "Zöhrab Məmmədov özünü təqsirli bilməyib. O, ifadəsində Suriyaya orada yaşayan türkmənlərin müdafiəsi üçün getdiyini deyib. Lakin Zöhrab Suriyada heç bir qruplaşmanın tərkibində təlim keçmədiyini, döyüşmədiyini və əlinə silah belə almadığını bildirib. Onun sözlərinə görə, Suriya ərazisinə çatan kimi mühasirəyə alınıb, göz, bədən və ayaq nahiyəsində güllə yarası alıb".
A.Məmmədov müvəkkilinin hazırda səhhətində problemlər olduğunu deyib: "Növbəti məhkəmə prosesində bununla bağlı vəsatət verəcəm".
Məhkəmənin növbəti iclası sentyabrın 6-na təyin edilib.
Qeyd edək ki, bu il fevral ayının 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata görə, DTX əməkdaşları tərəfindən həyata keçirilmiş son istintaq-əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə, onları döyüş sursatı və əsgəri ləvazimatla təchiz etmə, dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda hərbi təlimlər keçmə, silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları - Adiyev Orxan Mehdi oğlu, Muxtarov İbad Abbasəli oğlu, Abdullayev Məhəbbət Şərif oğlu, Bədəlov Rasim Asəf oğlu, Əzizov İlahi Rəşaiq oğlu, Məmmədov Zöhrab Mümbariz oğlu, Abdullazadə Zərbəli İsgəndər oğlu və Marfin Vladimir Yevqenyeviç saxlanılıblar.
Müəyyən edilib ki, Orxan Adiyev, İbad Muxtarov, Məhəbbət Abdullayev, Rasim Bədəlov, İlahi Əzizov, Zöhrab Məmmədov, Zərbəli Abdullazadə və Vladimir Marfin 2012-2015-ci illər ərzində qeyri-qanuni yollarla Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisinə keçiblər. Onlar həmin dövlətlərin ərazisində qanunsuz fəaliyyət göstərən "İslam dövləti (İŞİD)" və digər terrorçu təşkilatların, eləcə də başqa qanunsuz silahlı birləşmələrin tərkibində radikal dini və hərbi təlimlər keçib, müxtəlif növ odlu silahlardan istifadə təcrübəsinə yiyələniblər. Təlimlər başa çatdıqdan sonra onlar Suriya və İraq ərazisində sabit terrorçu və digər qanunsuz silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda və döyüşlərdə iştirak ediblər.
Z.Məmmədov Suriya ərazisindəki "Mühacir Ansar", İ.Muxtarov isə İraqdakı "Muvahidd camaatı" adlı qanunsuz silahlı birləşmələrin tərkibində hərbi əməliyyatlarda fəal iştirak edib və bu zaman yaralanaraq müxtəlif bədən xəsarətləri alıblar.
Həmçinin müəyyənləşdirilib ki, keçmiş SSRİ silahlı qüvvələrinin xüsusi təyinatlı dəstələrində xidmət etmiş, hərbi sahədə xüsusi biliklərə malik olan V.Marfin qeyri-qanuni yollarla Suriya ərazisinə keçirilərək "Azəri camaatı" qanunsuz silahlı birləşməsinə cəlb edilən Azərbaycan Respublikasının vətəndaşlarına odlu silahlardan istifadə və döyüş taktikası üzrə təlimlər keçib, onları müxtəlif şərtlər altında döyüşə hazırlayıb, Suriyada fəaliyyət göstərən qanunsuz silahlı birləşmələri ərzaq və hərbi əməliyyatlar üçün zəruri olan digər ləvazimatlarla təchiz edib.
Adiyev Orxan Mehdi oğlu, Muxtarov İbad Abbasəli oğlu, Abdullayev Məhəbbət Şərif oğlu, Bədəlov Rasim Asəf oğlu, Əzizov İlahi Rəşaiq oğlu, Məmmədov Zöhrab Mümbariz oğlu, Abdullazadə Zərbəli İsgəndər oğlu və Marfin Vladimir Yevqenyeviç şübhəli bilindikləri cinayət əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbirləri seçilib.
Digər Xəbərlər
2024-11-30 09:09:09
2024-11-29 21:05:08
2024-11-29 16:59:23
2024-11-29 13:59:38
2024-11-29 13:50:51
2024-11-29 11:28:28
2024-11-29 11:12:34
2024-11-29 10:31:46
2024-11-29 10:25:23
2024-11-29 10:15:26
2024-11-29 09:56:00
2024-11-29 09:45:20
2024-11-29 09:40:09
2024-11-29 09:39:55
2024-11-29 09:27:04
2024-11-29 09:24:43
2024-11-29 09:20:00