"Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları Moskva ətrafı Balaşixa ərazisində insan oğurluğu, quldurluq və digər cinayətlərdə şübhəli bilinən etnik qrupun 49 üzvünü saxlayıb".
Unikal.org Trend-ə istinadən bildirir ki, bunu DİN-in rəsmi nümayəndəsi İrina Volk deyib.
Saxlanılanlar 24-67 yaş arasındadır. Onlardan birində Makarov tapançası aşkar edlib. Saxlanılan 6 nəfər yaxın vaxtlarda ekstradisiya ediləcək.