Bakı Ağır Cinayətlər Məhkəməsində 8 yaşlı qızı zorlamaqda təqsirli bilinən 1997-ci il təvəllüdlü Vəhlulla Allahyarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org lent.az-a istinadən məlumatına görə, hakim Eynulla Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxsin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Vəhlulla Allahyarov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Bakıxanov qəsəbəsində baş verib. 1997-ci il təvəllüdü Vəhlulla Allahyarov 8 yaşlı Ə.F-nın həyətdə tək oynadığını görərək onu izləyib. Qız evlərinə gedən zaman binanın blokunda qız zorlayıb. Məsələdən xəbərdar olan 8 yaşlı qızın valideynləri polisə şikayət edib və o, həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 149(zorlama) maddəsi ilə ittiham verilib. Onu da qeyd edək ki, V. Allahyarova verilən ittihamda maksimum cəza 15 ildir.

Əlaqə üçün E-mail: [email protected]