Bakı şəhəri Xəzər RPİ-yə həyətyanı sahəsində narkotik xassəli çətənə kolları əkib becərən Heydər Pirimov barəsində məlumat daxil olub.

Unikal.org-un Region TV-yə istinadən məlumatına görə, polis əməkdaşları onun yaşadığı evə baxış keçirərkən oradan 26 ədəd çətənə kolu aşkarlayıblar.

İdarədə dindirilən Pirimov ilkin ifadəsində 40 ildir narkotik vasitələrdən istifadə etdiyini deyib: "20-22 dənə idi, ya da neçə dənə idi. Gəldilər, tutdular. Mən özüm onu 13 yaşımdan çəkirəm. Çəkəniyəm mən. Bir il əkirəm, 2-3 il çəkirəm özüm üçün, vəssalam. Mən onunla yaşıyıram. Özüm də xəstəyəm. Ciyərlərim də xəstədir".

Faktla bağlı araşdırma aparılır.