Bakı şəhərində daha bir dələduzluq hadisəsi qeydə alınıb.
Unikal.org "Reporta istinadən xəbərinə görə, paytaxt sakinləri İlqar Bədəlov, Vüqar Yusifov və Pərviz Cəfərov hüquq-mühafizə orqanlarına müraciət edərək 2015-ci ilin aprel ayında 31 yaşlı Azər Ömərovun onların etibarından sui-istifadə edərək üst-üstə 70 min ABŞ dolları və 11 min 861 manat pul aldığını bildirib.
Onlar ərizələrində qeyd ediblər ki, A.Ömərov İ.Bədəlovdan 30 min ABŞ dolları, P.Cəfərovdan 40 min ABŞ dolları, V.Yusifovdan isə 11 min 861 manat pul alıb.
Faktla bağlı araşdırma aparılır.