Türkiyə-Suriya sərhədində hərbi xidmət çəkən əsgər və hərbi personalı ziyarət edən Baş qərargah Başçısı Hulisi Akar, danışdığı əsgərlərə evli olub olmadığını soruşdu. Əsgərlərin nişanlı və ya subay olduğunu öyrənən Akar, əsgərlərə evlənmələri təlimatını verdi.
Unikal.org xəbər verir ki, Qurban namazından sonra Türkiyə Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar görüşdüyü 3 əsgərdən 2-sinin nişanlı, birinin isə subay olduğunu öyrənib. Akar, bütün əsgərlərə evlənməsi göstərişini verib.
Görüşdə iştirak edən baş nazirin müavini Veysi Kaynak əsgərlərin evlənməsi üçün lazımlı maliyyə dəstəyi dövlət tərəfindən qarşılanacağı müjdəsini də verib.
Hulusi Akar isə, birlik komandirlərinə əsgərlərin evləndirilməsi təlimatını verərək, əsgərlərin evlendirilirken özünə də xəbər verilməsini istədi.