Bu gün UEFA Çempionlar Liqasının (ÇL) 2016/17 mövsümünün qrup mərhələsinin oyunlarına start veriləcək.

Unikal.org-un məlumatına görə, Avropa nəhəngləri bu gün və sabah keçiriləcək qrupun I turunun qarşılaşmalarında ilk xallarını qazanmaq üçün mübarizə aparacaqlar.

Türkiyənin turnirdə yeganə təmsilçisi olan "Beşiktaş mübarizəyə səfərdə başlayacaq. Şenol Günəşin komandası bu gecə Lissabonda yerli "Benfikanın qonağı olacaq.
Sabah da maraqlı oyunlarla yadda qalacaq. Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu yetirməsi olduğu "Sportinqə qarşı oynayacaq. İngiltərə çempionu "Lester Avropanın ən nüfuzlu klub turnirində debüt edəcək. Bütün oyunlar Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
13 sentyabr
A qrupu
"Bazel (İsveçrə) - "Ludoqorets (Bolqarıstan)
PSJ (Fransa) - "Arsenal (İngiltərə)
B qrupu
"Benfika (Portuqaliya) - "Beşiktaş (Türkiyə)
"Dinamo (Kiyev, Ukrayna) - "Napoli (İtaliya)
C qrupu
"Barselona (İspaniya) - "Seltik (Şotlandiya)
"Mançester Siti (İngiltərə) - "Borussiya (Mönhenqladbax, Almaniya)
D qrupu
"Bavariya (Almaniya) - "Rostov (Rusiya)
PSV (Hollandiya) - "Atletiko Madrid (İspaniya)
14 sentyabr
E qrupu
"Bayer (Almaniya) - MOİK (Moskva, Rusiya)
"Tottenhem (İngiltərə) - "Monako (Fransa)
F qrupu
"Legiya (Polşa) - "Borussiya (Dortmund, Almaniya)
"Real Madrid (İspaniya) - "Sportinq (Portuqaliya)
G qrupu
"Brügge (Belçika) - "Lester (İngiltərə)
"Porto (Portuqaliya) - "Kopenhagen (Danimarka)
H qrupu
"Yuventus (İtaliya) - "Sevilya (İspaniya)
"Lion (Fransa) - "Dinamo (Zaqreb, Xorvatiya)
ÇL-də cari mövsümün qrup mərhələsinin oyunlarının digər tarixləri aşağıdakı kimidir:
2-ci tur (27-28 sentyabr)
3-cü tur (18-19 oktyabr)
4-cü tur (1-2 noyabr)
5-ci tur (22-23 noyabr)
6-cı tur (6-7 dekabr)
Qrup yarışlarını ilk iki sırada bitirən komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar. 3-cü yerin sahibləri isə Avropa Liqasında mübarizəyə qoşulacaqlar.
Pley-off mərhələsinin oyunların təqvimi isə belədir:
1/8 final mərhələsi
İlk oyunlar (14-15 fevral, 21-22 fevral)
Cavab matçları (7-8 mart,14-15 mart)
1/4 final mərhələsi
İlk oyunlar (11-12 aprel)
Cavab matçları (18-19 aprel)
Yarımfinal mərhələsi
İlk oyunlar (2-3 may)
Cavab matçları (9-10 may)
Final matçı 2017-ci ilin iyunun 3-də Uelsin Kardiff şəhərində məşhur "Millenium stadionunda keçiriləcək.