"Spartakın keçmiş futbolçusu Artyom Bezrodnı vəfat edib. 

Unikal.org Apasport.az-a istinadən xəbər verir ki, oyunçunun ölümünə səbəb ürəyində yaranmış problemlər və beyninə qan sızması olub.

 

Uzun illər Moskva klubunun şərəfini qorumuş yarımmüdafiəçi bir müddət Azərbaycanda da çıxış edib. O, 2005-ci ildə, o vaxt Azərbaycan çempionatının yüksək dəstəsində çıxış edən "MKT Araz klubunda forma geyinib. Bezrodnı cəmi 4 oyunda İmişli klubunun şərəfini qoruyub.

 

Qeyd edək ki, ölkəmizdən ayrıldıqdan sonra peşəkar karyerasını bitirən futbolçu 37 yaşında dünyasını dəyişib.