Müğənni Kərim Abbasov tədbirlərin birində xanımı ilə kameralara tuş gəlib.
Unikal.org Axşam.az-a istinadən verdiyi məlumata görə, sənətçi “ATV maqazin onlarla” verilişinə açıqlamasında bəzi məclislərə ailəsi ilə qatıldığını deyib:
“Ramal (müğənni Ramal İsrafilov – red.) məclisə ailəvi dəvət etdi. Ona görə mən də xanımımla qatıldım. Ailə olan məclisə gərək belə gedəsən. Mən qız övladını çox sevirəm. Amma hələ mənə qismət olmayıb. Bu yaxınlarda bir yuxu görmüşəm. Deyəsən, yenidən oğlum olacaq”.
Qeyd edək ki, Kərim və Təranə cütlüyünün bir oğlu var.