"Son günlər yağan yağışlarla əlaqədar olaraq Zabrat gölündə suyun səviyyəsində artım müşahidə olunub.
Unikal.org bildirir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
O bildirib ki, ay ərzində atmosfer çöküntülərinin intensiv olması nəticəsində Maştağa-Zabrat subasma sahəsində qrunt sularının səviyyəsi qalxıb. Subasma prosesinin dinamikasında aktivlik qeydə alınıb.
Ə. Qaralov qeyd edib ki, Rama qəsəbəsində salınan Şuşa şəhərciyi subasma sahəsində də qrunt sularının səviyyəsi qalxıb, subasma hadisəsinin dinamikasında müəyyən aktivlik qeydə alınıb.