"Bakı və Abşeron yarımadasındakı Zığ, Masazır və Qaraçuxur sürüşmə sahələrində aktivlik müşahidə olunur.
Unikal.org xəbər verir ki bu haqda APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Onun sözlərinə görə, son günlər yağan yağışlar nəticəsində əksər sürüşmə sahələrində aktivləşmə qeydə alınıb.
Ə. Qaralov bildirib ki, yağışlarla əlaqədar Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrində ə Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı km-də müəyyən uçqunlar olub.
Ekspedisiya rəisi qeyd edib ki, Muğanlı-İsmayıllı avtomobil yolunun müxtəlif km-də mövcud çatlarda həm ağır tonnajlı maşınların hərəkəti, həm də atmosfer yağıntılarının təsiri nəticəsində genişlənmələr müşahidə edilir: "Eyni zamanda, cənub bölgəsində - Lənkəran-Lerik yolunun 17-19-cu km, 27-29-cu km, 45-47-ci km-də əvvəllər yolda bərpa işləri görülərkən yamacların kəsilməsinin təsirindən müəyyən uçqunlar baş verib.