"Ölkədə tarixi bir dəyişiklik oldu. Təbii ki, referendumdan sonra əfv sərəncamının imzalanması istisna deyil.
Unikal.org bildirir ki, bu barədə AzNews.az-a Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev məlumat verib. Onun sözlərinə görə, Azərbaycanın istər tarixi hadisələri, istərsə də konstitusiya dəyişiklikləri ilə bağlı həmişə bir qayda olaraq əfv sərəncamı imzalanıb: "Əfv birbaşa prezidentin səlahiyyətində olan məsələdir. Təbii ki, əfv olacaq. Amma bunun nə vaxt olacağını deyə bilmərəm. Çünki bu, prezidentin səlahiyətinə aiddir. İlin sonuna kimi yeni əfv sərəncamının olmasını arzulardıq.
Ə. Nuriyev hazırda quruma əfvlə bağlı müraciətlərin daxil olduğunu vurğulayıb: "Komissiya üzvü kimi mənim də ünvanıma ərizələr gəlir. Məhkumların yaxınları, doğmaları tərəfindən yazılan müraciətlərə baxılır. Biz o müraciətlərin hər birini katibliyə yönəldirik. Hazırda gərgin iş gedir.