Gəncə sakinin avtomobilində narkotik vasitə aşkarlanıb.

Unikal.org-un DİN-in saytına istinadən məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu ərazisində Gəncə şəhər sakini Mürsəl Rüstəmzadənin idarə etdiyi "Toyota markalı avtomobil saxlanılıb və yük yerinə baxış zamanı oradan 1 kiloqram 40 qram heroin aşkar edilərək götürülüb M.Rüstəmzadə və sərnişini, həmyerlisi Elmir Sultanov tutulub.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri başqa bir əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhər sakini Toğrul Əsgərovun Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evinə baxış zamanı oradan 3 kiloqram 500 qram tiryək aşkar edilərək götürülüb.