"Azərbaycanda siyasi sabitlik hökm sürür, kriminogen duruma tam nəzarət olunur".
Unikal.org report-a istinadən xəbər verir ki, bunu baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ölkədə rezonans doğuran işlərin bir çoxunun istintaqı müvəffəqiyyətlə aparılıb, onların bəzilərinin istintaqı yekunlaşaraq məhkəmələrə göndərilib:
"Fəaliyyətimizdə nöqsan və problemlər də mövcuddur. Yaranan nöqsanların aradan qaldırılması istiqamətində də konkret tədbirlər görməkdəyik".