Göyçay rayon sakinləri bir-birini bıçaqlayıb.
Unikal.org APA- yaistinadən xəbər verir ki, hadisə bu gün saat 17:00 radələrində Göyçayın Ərəbcəbirli kəndində qeydə alınıb. Şəhərin N.Nərimanov küçəsindəki 126 saylı mənzildə yaşayan 1991-ci il təvəllüdlü Məmmədov Əlisa Nüsrət oğlu və Ərəbcəbirli kənd sakini 1978-ci il təvəllüdlü Əhmədov Səbuhi Fərrux oğlu bıçaq xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Təcili olaraq cərrahiyyə əməliyyatı olunan Əlisa Məmmədov və Səbuhi Əhmədovun həyatı həkimlərin səyi nəticəsində xilas olunublar.
Polis əməkdaşları hadisə yerinə baxış keçirib və xəsarət alan şəxsləri dindirərkən məlum olub ki, Əlisa və Səbuhi bir-birini bıçaqlayıb. Məlumata görə, onlar yemək yeyərkən spirtli içki qəbul ediblər. Sərxoş olan dostlar şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı bir-birlərinə bıçaqla bir neçə dəfə xəsarət yetiriblər. Hazırda hər iki yaralının vəziyyəti orta ağır olaraq qalır.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.