Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən İsmayıl Hidayətzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Unikal.org apa-ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən İ. HidayətZadə 7 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki,. Beynəlxalq Bankla əlaqədar başlanan cinayət işi çərçivəsində İsmayıl Hidayətzadə həbs olunub. O, CM-nin 179 .3.2 (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham edilirdi. İ. Hidayətzadə Bakıda tütün fabriki yaratmaq üçün Beynəlxalq Bankdan 100 milyon dollar kredit götürüb. O, "İntertobakko MMC-ə rəhbərlik edib. Bu MMC qeyri-rəsmi Cahangir Hacıyevə məxsus olub. İ. Hacızadə C. Hacıyevin bacanağıdır.