Bakının Nizami rayonunda xuliqanlıq cinayəti baş verib.

Unikal.org teleqraf.com-a istinadən xəbər verir ki, hadisə metronun "Neftçilər" stansiyasının yaxınlığında olan parkda qeydə alınıb.

Parkda 59 yaşlı Rövşən Lətifov naməlum şəxslər tərəfindən döyülüb. O, 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəsarət alan 59 yaşlı kişinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.