Bu gün Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
Unikal.org apa-ya istinadən məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrlik etdiyi proses jurnalistlərin iştirakı olmadan keçirilir.
Prosesdə zərərçəkmiş Şahmar Qurbanovun epizodu üzrə şahid Telman Əliyev ifadə verib. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyib.
A. Çovdarovun vəkili Şahin Rəfiyev A. Çovdarovun səhhəti ilə bağlı xaricdən həkim gətirilməsi haqqında vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.
Vəkil Cavid Rzazadə bildirib ki, A. Çovdarov yenə də məhkəməyə oksigen balonu ilə gətirilib və hazırda həkim nəzarətindədir. Prosesdə bir saatlıq fasilə elan olunub.