Unikal.org DİN-ə istinadən xəbər verir ki, noyabrın 29-da Nəsimi rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini İlahə Nəsibovaya zor tətbiq edərək içərəsində pul və sənəd olan pul kisisini almışdır.
Nəsimi RPİ 19-cu PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Bilal Əsədov tutulmuşdur.