Zorlamada təqsirli bilinən Bakı şəhər sakinləri - 1990-cı il təvəllüdlü Elçin Hadıyev və 1993-cü il təvəllüdlü Təbriz Balağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Unikal.org xəbər verir ki, Elçin Hadıyev 2015-ci il mart ayının ortalarında Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən yarımtikili binada 2003-cü il təvəllüdlü Sadif Məmmədovu (ad və soyad şərti verilib) bıçaqla qulağını kəsəcəyi ilə hədələyib. O, zor tətbiq edərək qeyri-təbii yolla onunla cinsi əlaqədə olub.
Bundan başqa, Elçin Hadıyev 2015-ci ilin martın sonunda Sadif Məmmədovu Xocəsən qəsəbəsində yerləşən "Mono marketin yaxınlığındakı nömrəsiz yarımtikili evə gətirib. Azyaşlı onunla cinsi əlaqədə olmaq istəmədiyi üçün Elçin Hadıyev onu barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib. "Hər kəsə deyəcəm ki, Sadif homoseksualdır, barəndəki videonu İnternetdə yayacam", deyə Elçin hədələrini davam etdirib.
Hədələrdən qorxan azyaşlı Elçinlə növbəti dəfə cinsi əlaqədə olmağa razılıq verib.
Elçin Hadıyev azyaşlı ilə cinsi əlaqədə olub və daha sonra ona əxlaqsız hərəkətlər edib. Bu azmış kimi, Elçin iyrənc əməllərini dostu Təbriz Balağayevə də danışıb və onlar Sadifə qarşı cinsi zorakılıq etmək barədə razılığa gəliblər.
Elçin Hadıyev və Təbriz Balağayev 27 aprel 2015-ci il tarixdə, saat 21 radələrində Sadif Məmmədovu Xocəsən qəsəbəsi, kəndin dağ tərəfində yerləşən sahibsiz dəmir köşkün içərisinə gətiriblər. Köşkün içində Təbriz Balağayev Sadif Məmmədova zor tətbiq edib.
Bu zaman Sadif Məmmədov Təbriz ilə əlbəyaxa olub. Amma Sadif Məmmədov iki nəfərə gücü çatmayıb. Bundan sonra onlar Sadif Məmmədovun müqavimətini sındırıblar.
Daha sonra köşkdə Təbriz Balağayev Sadif Məmmədovla qeyri təbii yolla cinsi əlaqədə olub. Dostlar Sadif Məmmədova qarşı əxlaqsız hərəkətlər ediblər.
Azyaşlı baş verənlər barəsində valideynlərinə danışıb. Valideynlər Binəqədi rayon Polis İdarəsinə şikayət ediblər.
Elçin Hadıyev və Təbriz Balağayevin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham ediliblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin Hadıyev 13 il, Təbriz Balağayev isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.(Teleqraf.com)