Bakı sakini əvvəlcə bıçaqlanıb, xəstəxanaya getmək istəyərkən isəqəza törədib.

Unikal.org report-a istinadən xəbərinə görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsi Təzə Sahə adlanan ərazidə Natavan küçəsində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Mirzəliyev Fəxri Aydın oğlu qonşuluğunda tək yaşayan qadının evinə gələn qonaqlarla mübahisə edib. O, qonaqlarıqadının evində əxlaqsızlıq yuvası təşkil etməkdə günahlandırıb. Bu zaman qonaqlardan biri F.Mirzəyevə iki bıçaq zərbəsi vurub.

F.Mirzəyev anası 59 yaşlı Mirzəliyeva Elmira Əliməmməd qızının köməkliyi ilə "Kia" markalı avtomobilinə əyləşib.

F.Mirzəyev xəstəxanaya gedərkən Aeroport yolunda huşunu itirib. O, sükan arxasında idarəetməni itirərək avtomobilidəmir arakəsməyə çırpıb. Nəticədə E.Mirzəliyeva kəllə-beyin travması alıb. Yaralılar "Təcili yardım" maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ana və oğlunun vəziyyəti ağırdır.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin (RPİ)2-ci Polis Bölməsinin əməkdaşları araşdırmalara başlayıb. Xəzər RPİ-də cinayət işi başlanılıb.

Qeyd edək ki, F.Mirzəyev Bakı Abadlıq MMC-də suvarma işləri üzrə mütəxəssis vəzifəsində çalışır.

.