Bakıda gənc oğlan intihara cəhd edib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu Bibiheybət qəsəbəsi, Namiq Quliyev küçəsi ev 22-də qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Xalıqov Elmir Heybət oğlu yaşadığı evin eyvanından özünü iplə asıb. Ancaq anası onun bu əməlini vaxtında aşkarlayaraq dərhal E.Xalıqovu xilas etməyə çalışıb. O, oğlunun ayaqlarından tutaraq saxlayıb və qonşuları köməyə çağırıb.
E.Xalıqov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.