Saatlı Rayon Sukanal İdarəsi rəisinin asılmış meyiti tapılıb.

Unikal.org xəbər verir ki, mərhumun yaxınlarının "Report"a verdiyi məlumata görə, rayon sakini 1971-ci il təvəllüdlü Üzeyir Kazımov dekabr ayının 30-da işə getmək üçün evdən çıxıb. O, həmin gün səhər 09:00-dək ailə üzvləri ilə telefonla danışıb. Lakin sonradan ondan heç bir xəbər çıxmayıb. Bu gün səhər saat 09:30 radələrində isə Ü.Kazımovun asılmış meyiti tapılıb.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gəlib.

Yaxınlarının APA-ya verdiyi məlumata görə, idarənin rəisi Üzeyir Kazımovun meyiti bu gün səhər saatlarında Saatlı rayonu ərazisində su kanalının yaxınlığında yerləşən bağ sahəsində ağacdan asılmış vəziyyətdə aşkarlanıb.

Bildirilir ki, dünən saat 21 radələrindən sonra Ü. Kazımovun telefonuna zəng çatmayıb. Yaxınlarının apardığı axtarışlar nəticəsində o, bu gün səhər asılmış vəziyyətdə tapılıb.

Yaxınları onun asılaraq öldürüldüyünü ehtimal edirlər. Bundan başqa, meyit tapılandan sonra polisin hadisə yerimə gec gəlməsi də mərhumun yaxınlarının narazılığına səbəb olub.