Azərbaycan Respubikasının Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva dünya azərbaycanlılarını bayramlar münasibətilə təbrik edib.
Unikal.org xəbər verir ki, S. Əliyeva "Facebook" sosial şəbəkəsi vasitəsi ilə Azərbaycan xalqına bayram təbriklərini çatdırıb.Təbrikdə deyilir:

"Əziz dostlar! Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirəm. Sizə möhkəm can sağlığı, xoşbəxtlik, bol-bol sevinc arzulayıram. Evinizdən, ocağınızdan ruzi-bərəkət əskik olmasın. Qoy 2017-ci il Sizin üçün uğurlu, gözəl şad hadisələrlə yadda qalan olsun."