Bakıda 67 yaşlı qadına qarşı 88 min dollarlıq dələduzluq edilib.

Unikal.org-un  report-a istinadən xəbərinə görə, Bakı şəhər sakini 1949-cu il təvəllüdlü Süleymanova Güləbatın Məcid qızı hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edərək dələduzluqla üzləşdiyinibildirib.

Belə ki, 2016-ci ilin iyun ayında Sayalı adlı şəxs onu aldadaraq 12 000 ABŞ dollar pulunu və 76 000 ABŞ dollar dəyərində qızıl-zinət əşyalarını alıb.

Faktla bağlı araşdırma aparılır.