Astarada 2017-ci ilin ilk uşağı dünyaya gəlib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Miki kənd sakini, 1998-ci il təvəllüdlü Fərqanə Fərman qızı Mürsəlova saat 00.05 radələrində Astara Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində özünün ilk övladı olan qız uşağını dünyaya gətirib. Təbii yolla doğulan körpənin çəkisi 4 kiloqramdır.