,Bakının Xətai rayonda oğurluq hadisəsi baş verib.
Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Nobel prospekti ərazisində qeydə alınıb. Həmin ünvanda Küveyt vətəndaşı Abdullah Alhubaidahın içərisində 9645 manat, 500 ABŞ dolları, sənəd, 6 ədəd bankomat kartı, qələm və diplomatik vəsiqəsi olan çantası oğurlanıb.
Abdullah Alhubaidahın oğurluq hadisəsi ilə bağlı Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsinə müraciət edib.
Polis əməkdaşları tərəfindən oğurluğun Bakı şəhər sakini Əkbər Nəbiyev tərəfindən törədilməsi müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Nəbiyev tutulub.
Abdullah Alhubaidah Küveytin Azərbaycandakı səfirliyində çalışdığı bildirilir.