Türkiyənin İstanbul şəhərində "Reina gecə klubundakı terror zamanı 35 nəfər ölümü, 69 nəfərinin yaralanmasına səbəb olan şəxsin fotosu yayılıb.
Unikal.org Hurriyet-ə istinadən xəbər verir ki, silahlı hücumu həyata keçirən şəxsin İŞİD terror təşkilatının üzvü olduğu deyilir.
Terrorçunun təşkilatın "Türküstan Ordusu qoluna mənsub olduğu bildirilir. Bu qolda isə əsasən əfqan, çeçen və Mərkəzi Asiyadan olan şəxslər toplaşır. O,ölkəyə daxil olarkən hava limanında görüntülənib.