2020-ci ildən Azərbaycanda elektrik mühərriki ilə işləyən avtomobillərdən istifadə edilməsi gözlənilir.

Unikal.org xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsində deyilir.

Qeyd olunur ki, Azərbaycanda bunun üçün tam formalaşmış elektrik enerjisi infrastrukturunun yaradılması ilkin şərt kimi nəzərdən keçirilir.