Yeni il gecəsi "WhatsApp"da 63 milyard mesaj yazılaraq rekorda imza atıb.

Unikal.org-un technote-yə istinadən məlumatına görə, "WhatsApp" "Facebook" tərəfindən 2014-ün oktyabrında satın alındıqdan sonra böyüməsini davam etdirərək aylıq 1 milyard istifadəçi sayına çatıb. Tətbiq sürətli inkişafı nəticəsində "Facebook"a aid "Messenger"i də çoxdan geridə qoyub.

GSM operatorlarının puluz mesajlaşma paketlərinin olmasına baxmayaraq çox saylı ağıllı telefon istifadəçisi "WhatsApp" tətbiqini üstün tutu"r və xususi günlərdə belə təbrik mesajlarının çoxu "WhatsApp" üzərindən göndərilir. Belə ki, Yeni il gecəsi WhatsApp" üzərindən 63 milyard mesaj göndərilib, bu mesajların 7.9 milyardı şəkil, 2.4 milyardı videodan ibarətdir .

Qeyd edək ki, ötənilin aprelində "WhatsApp" və "Messenger" üzərindən gündəlik 42 milyarda yaxın mesaj göndərilirdi. F8 konfransda Mark Zukerberqçıxışı zamanıhədəflərinin bu iki tədbiqdə günlük 60 milyard mesaj sayına çatmaq olduğunu söyləmişdi. "WhatsApp"ın bir gündə çatdığı mesaj sayı Zukerberqin hədəfinin çox tez reallaşdığını göstərir. Apreldə şifrələmə xususiyyəti əlavə olunan "WhatsApp" noyabrda çoxdan gözlədiyi video zəng xüsusiyətinə qovuşub.