"Deyirlər, Günayın qatarı getdi. Heydər Əliyev Sarayında konsert verəndən sonra bu sözü deyə bilməyəcəklər.
Unikal.org-un məlumatına görə, bu sözləri müğənni Günay İbrahimli "Xəzər maqazinə açıqlamasında deyib.
İfaçı onun haqqında artıq gündəmdə olmadığını deyənlərə cavab verib. G.İbrahimli şou-biznesdə özünə rəqib görmədiyini söyləyib:
"Bunu deyən adamın mənlə şəxsi qərəzliyi var. Onu deyən kimdirsə, çıxsın qarşıma. Günayın qatarı hələ indi başlayır. Getdiyim yolda, mahnılarım tərzdə, ruhuma yaxın olan ikinci qadın müğənni tanımıram. Özümə heç kimi rəqib görmürəm. Həm səs, həm görüntü, həm iş baxımından rəqibim yoxdur. Artıq konsert verməyin vaxtıdır. Ayı da dəqiqləşdirmişəm, məşqlər də başlayıb. Beynimdə ideyalarım da var, komanda yığmışam.