ABŞ-ın yeni prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp onu geyindirəcək modelyer tapmaqda çətinlik çəkir.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki,"Ağ ev"in yeni "sahibəsi" modelyerlərə müraciət edib. Aralarında eks-prezident Barak Obamanın xanımı Mişel Obamanın da geyim dizaynerləri olub.
Trampın seçim kompaniyaları çərçivəsində etdiyi irqçi, anti-immiqrant çıxışlarına görə dizayner Sofiya Zellet birirnci xanımı geyindirməkdən imtina edib. Onun bu kompaniyasına Tom Ford, Mark Cekobs, Derek Lem kimi məşhur modelyerlər də qatılıb.
Tom Braun isə xanım Trampın önəmli, eyni zamanda da gözəl xanım olduğunu və modelyerlərin onu geyindirməkdən zövq almalı olduqlarını söyləyib.